Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 21–22-də Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.


Moderator.az-ın xəbərinə görə, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.








Səfər çərçivəsində Nikol Paşinyan dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.


Dekabrın 22-də isə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.