Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.






İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Çinarə Hüseynova və 1992-ci il təvəllüdlü Habil Mustafayev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.