Keçən həftə Hindistan parlamentinə Ukrayna müharibəsinə cəlb edilən ölkə vətəndaşlar barədə hesabat təqdim edilib.


Bu barədə “The Mail on Sunday” məlumat yayıb.






Hesabatda qeyd edilib ki, 2022-ci ildən Rusiya Ordusu sıralarına 202 Hindistan vətəndaşı cəlb olunub. Onlardan ən azı 26-ı ölüb, 7-i itkin düşüb.


Hindistan hökumətinin səyi nəticəsində həmin şəxslərdən 119-u vaxtından əvvəl tərxis olunub.


 


(Lent.az)