Naxçıvanda dəm qazı zəhərlənməsi baş verib.


Moderator.az xəbər verir ki, hadisə Babək rayonunun Hacıvar kəndində qeydə alınıb.






Dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.


Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.