Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvanda ər və arvad dəm qazından boğularaq ölüb.







Moderator.az unikal.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbçi olub.



Mərhumun həyat yoldaşı, 27 yaşlı Səmənnaz Cəfərova da dünyasını dəyişib.



Onların 2 yaşlı övladı isə həmin gün nənəsigildə olub.