Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.


Moderator.az Teleqraf - a istinadla xəbər verir ki, bu gün icrasına başlanılan amnistiya aktı ona da şamil edilib.






Qeyd edək ki, Neftçalan Rayon İcra Hakimiyyətinin sabiq müavini Gültəkin Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilmişdi.


O, İsmayıl Vəliyev və digər vəzifəli şəxslərlə birgə korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmuşdu.