Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.


Moderator.az xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.






İlkin məlumata görə, A.Rzayevanın "Nissan" markalı avtomobili digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.