Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, 95 matçda orta göstərici 1 306-ya bərabər olub.
XII turun "Sumqayıt" - "Qarabağ" matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9 100 azarkeş toplayıb.
Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. X turun "Turan Tovuz" - "Şamaxı" qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5 800 izləyici seyr edib.
"Sumqayıt" ev oyunlarındakı orta tamaşaçı sayında birinci yerdə qərarlaşıb. "Turan Tovuz"un ikinci olduğu siyahıda ilk üçlüyü "Neftçi" qapayır.
Komandalar | Ev oyunları | Həmin oyunlardakı azarkeşlər | Orta göstərici | |
1 | "Sumqayıt" | 9 | 25810 | 2868 |
2 | "Turan Tovuz" | 7 | 17100 | 2443 |
3 | "Neftçi" | 8 | 14848 | 1856 |
4 | "Sabah" | 8 | 12855 | 1607 |
5 | "Qarabağ" | 7 | 10387 | 1484 |
6 | "Karvan-Yevlax" | 9 | 13120 | 1458 |
7 | "Şamaxı" | 7 | 7400 | 1057 |
8 | "Zirə" | 9 | 7950 | 883 |
9 | "Kəpəz" | 8 | 4850 | 606 |
10 | "Qəbələ" | 7 | 4000 | 571 |
11 | "İmişli" | 8 | 4200 | 525 |
12 | "Araz-Naxçıvan" | 8 | 1540 | 193 |
Cəmi | 95 | 124060 | 1306 |