Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisinə yeni müavin təyin olunub.


Moderator.az "İqtisadiyyat.az" a istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.






Əmrə əsasən, Azər Mehralıyev idarə rəisinin müavini vəzifəsinə təyin olunub. Bununla da idarə rəisinin müavinlərinin sayı 2-yə çatdırılıb.


Qeyd edək ki, Azər Mehralıyev uzun illərdir Ədliyyə Nazirliyində çalışır.