Konqo Demokratik Respublikasında içərisində 800-dən çox sərnişin olan gəmi batıb.


Moderator.az xəbər verir ki, bu barədə "Actualite" portalı məlumat yayıb.






Faciə Ekvator əyalətində Konqo çayında baş verib. Onlarla şəxs həlak olub, 50-dən çox adam itkin düşüb.


Səlahiyyətlilər fəlakəti gəminin həddindən artıq yüklənməsi və digər təhlükəsizlik qaydalarının pozulması ilə əlaqələndirirlər. Ölənlərin dəqiq sayı hələ müəyyən edilməyib.


Dəniz qüvvələrinin də cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları davam edir.