Sabirabadda kombayn kanala aşıb.
 




Moderator.az xəbər verir ki, hadisə Sarxanbəyli kəndində qeydə alınıb.
 
Kənd sakini 37 yaşlı Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.