Gəncədə iki qazi xəsarət alıb.
 




Moderator.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı, "Vətən uğrunda", Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə medallarla təltif olunmuş Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Xaliq Azər oğlu Qurbanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 
 
Bundan başqa, Vətən müharibəsi iştirakçısı, Vətən uğrunda görə medallarla təltif olunmuş Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlkü Sərxan Bəxtiyar oğlu Quliyev kəsilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. 
 
Hər iki faktla bağlı araşdırma aparılır.