Baş Dövlət Yol Polisi İdarəsi Bakının Qaradağ rayonundakı avtobus qəzası ilə bağlı məlumat yayıb.
 




İdarədən Moderator.az-a verilən xəbərə görə, bu gün saat 9 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.
 
Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.
 
Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.
 
***
 

Qaradağ rayonunda baş verən ağır avtobus qəzasında ölənlərin kimliyi məlum olub.
 
Moderator.az milli.az-a istinadən xəbər verir ki, ağır qəza nəticəsində avtobusda olan 2 nəfər hadisə yerində ölüb.
 
Onlardan biri Bəşirov Taleh Üzeyir oğlu adı kişi, biri isə Cənnət adlı qadındır.
 
Ölən şəxslər Qaradağ rayonu Çeyildağ qəsəbəsinin sakinləridir. 
 
10:35
 
Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
 
Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.
 
Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.
 
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir.