Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.


Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.






Bildirilib ki, şəhərdəki doqquzmərtəbəli binalardan birinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.


Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və tüstülənmiş mənzillərdən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.


Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.