"Karvan-Yevlax" klubu futbolçusu Səid İranxanla yollarını ayırıb.


Bu barədə Moderator.az-a Yevlax təmsilçisindən məlumat verilib.






Bildirilib ki, iranlı oyunçu ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.


Qeyd edək ki, mövsümün əvvəlində bölgə klubuna keçən Səid İranxan 10 oyunda 1 qolun müəllifi olub.