Suriya Mərkəzi Bankının prezidenti Əbdülkadir əl-Hasriya yeni valyutanın dövriyyəyə buraxılacağını açıqlayıb.


Moderator.az xəbər verir ki, sosial media hesabından etdiyi paylaşımda yeni pul vahidinin dövriyyəyə buraxılması ilə bağlı 2025-ci il tarixli 293 saylı fərmanın dərc edildiyini açıqlayıb.






O qeyd edib ki, bu valyuta yeni iqtisadi və pul dövrünün başlanğıcını əks etdirən mühüm milli mərhələdir.


Hasriya dekabrın 28-də keçiriləcək iclasda yeni valyuta ilə bağlı detalların paylaşılacağını bildirib.