"Rusiya və ABŞ Ukrayna münaqişəsinin həllinə yaxınlaşıb".


Moderator.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramının efirində bildirib.






Onun sözlərinə görə, 25 dekabr 2025-ci il tərəflərin nizamlanmaya yaxınlaşdığı bir hədd kimi yadda qala bilər.


"Son addımı atıb razılaşmaya nail ola bilib-bilməyəcəyimiz qarşı tərəfin siyasi iradəsindən asılıdır", - deyə diplomat bildirib.


Ryabkov, eyni zamanda, nizamlanmanın başa çatma tarixləri barədə danışmağı düzgün hesab etmədiyini vurğulayıb, çünki heç bir süni çərçivə və ya son tarixlər real işə kömək etmir.