Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor təyin edilib.


Moderator.az "Report"a istinadən xəbər verir ki, bu, Faiq Mirzəyevdir.






O, institutun rəhbərliyində Vüqar Babakişiyevi əvəz edib.


Xatırladaq ki, Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.