Bakıda 53 yaşlı əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırıb.


Moderator.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.








Məlumata görə, rayonun Binə qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli qüsurlu Elşad Sadıqov yaşadığı evdə elektrik sobasına uzanaraq naqilə toxunub və elektrik cərəyanı vurması nəticəsində yanıb.


Faktla bağlı araşdırma aparılır.