Moskvanın Domodedovo hava limanından Gəncəyə uçması planlaşdırılan təyyarə reysi 3 saatdan artıq yubanıb.


Moderator.az-ın xəbərinə görə bu barədə Rusiyanın "Telegram" kanallarında məlumat verilib.






Ural Hava Yollarının "U62411" reysi ilə uçan sərnişinlər qeyd ediblər ki, Domodedovodan Gəncəyə 12:00 uçuşu üç saat yarım gecikib:


"Sərnişinlər deyirlər ki, uçuş hər 30 dəqiqədən bir yenidən planlaşdırılıb. Hava limanının və aviaşirkətin nümayəndələri gecikmənin səbəblərini izah etməyiblər".