Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) ilə birlikdə deputatların olduğu mütəşəkkil cinayətkar qrupu aşkar edib.


Bu barədə NABU-nun Mətbuat Xidməti məlumat yayıb.






Məlumata görə, qrup üzvləri Ukrayna Ali Radasında səsvermə üçün qanunsuz gəlirlər əldə ediblər.


NABU-dan istintaqın təfərrüatının daha sonra dərc olunacağı da bildirilib.


 


(Oxu.az)