Biləsuvarda ağır yol qəzası baş verib.


Hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində olub.






Belə ki, hərəkətdə olan “Lexus” markalı minik avtomobili idarəetməni itirərək Mil-Muğan kanalına düşüb.


Məlumata görə, avtomobildə 6 qadından 1-i qəzada həlak olub, yaralılar var.


Bildirilir ki, xanım sürücü və sərnişinləri toya gedirmişlər.



 
(Qafqazinfo)