“İncəsənətimiz, mədəniyyətimiz, sənətimiz gör kimlərin əlindədir! Gör kimlər əlinə mikrofon götürür! Çox biyabırçı vəziyyətdir. Nə geyimlərini bilmirlər, nə danışıqlarını, nə də özlərini aparmaq mədəniyyətləri var. Efirlər bu biyabırçılığı qəbul edir. O müğənniləri qudurdan da elə efirlərdir. Pulu var, buraxır dövriyyəyə, çıxır efirlərə! Aparıcının cibinə də basır, aparıcı da çıxıb bunu tərifləyir. Bozbaş dediyimiz müğənnilər 200 minlik maşınlarda gəzir. Oxuduqları mahnılar ümumiyyətlə bilinmir ki, kim tərəfindən yazılıb? Hanı o mahnıların bəstəkarı? Çıxıb efirdə deyir ki, filankəs qardaşım sözünü yazıb, filankəs dostum musiqi bəstələyib. Nə qədər ki, bunlar var incəsənətimiz batacaq. İnsanların zövqü artıq korlanıb”


Bunu Moderator.az-a açıqlamasında görkəmli xanəndə Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib. O daha sonra əlavə edib:







Hərdən fikirləşirəm ki, kaş atam və digər böyük sənətkarlar sağ olardı, onlardan bəlkə çəkinərdilər. Amma indi görürəm ki, heç onlar da bata bilməzdilər bunlara. Atam indiki vəziyyəti görsəydi ürəyi partlayardı” deyə sənətkarın övladı bildirib.