Peru sahillərində 6.2 bal gücündə zəlzələ baş verib.


Moderator.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.






Məlumata əsasən, yeraltı təkanların episentri 700 mindən çox əhalisi olan Truxilyo şəhərindən 94 km cənub-şərqdə yerləşib.


Zəlzələ ocağı 66 km dərinlikdə qeydə alınıb.


Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.