ABŞ-də maraqlı hadisə baş verib.


Moderator.az ABC telekanalına istinadən xəbər verir ki, Nyu-York meri sakinlərə son zamanlar yağan güclü qar fonunda evdə qalıb ölkədə doğum nisbətini artırmaq üçün çalışmağı tövsiyə edib.






"Evdə qalın. Bu, uşaq planlaşdırmaq üçün yaxşı bir gündür", - deyə mer telekanala müsahibəsində bildirib.


Mer özü müsahibəsində məlum istirahət günlərində nə edəcəyini açıqlamasa da, vətəndaşlara "hazırki havadan zövq almağı" tövsiyə edib.


Qeyd edək ki, ABŞ-da güclü qar çovğunları müşahidə olunur. Əlverişsiz hava şəraiti səbəbindən ABŞ-da 10 mindən çox uçuş təxirə salınıb və ya ləğv edilib.


 


(Publika)