Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.


Moderator.az Oxu.Az -a istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.






Belə ki, hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.


Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.