Ağdamda iki minik avtomobilinin toqquşması nəticəsində ər və arvad xəsarət alıb.


Moderator.az xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb.






Məlumata görə, hərəkətdə olan “Toyota” markalı avtomobil “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.




Faktla bağlı araşdırma aparılır.