Qusar rayonunda itkin düşən şəxsin meyiti tapılıb.


Rayonun Haçatala kənd sakini, 1974-cü il təvəllüdlü Şahtəmir Sədrəddin oğlu Vələdov dekabrın 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb.






Polis əməkdaşlarının keçirdikləri əməliyyatla dekabrın 27-də onun meyiti kəndin ərazisindən keçən su arxında tapılıb.


Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.


Faktla bağlı araşdırma aparılır.


 


(Oxu.az)