HƏMASQəzzada sülhün bərqərar olunması ilə bağlı ABŞ prezidentinin potensialına güvənir.








Moderator.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Hazim Qasim “Al Arabiyya” kanalına danışıb.


O bildirib ki, ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsin əldə olunmasında əsas rolu oynayıb, lakin vəziyyət kövrək və ölümcül olaraq qalır.


HƏMASrəsmisi atəşkəsin əldə olunmasından bəri Qəzzada 420-dən çox insanın həlak olduğunu deyib.


Buna baxmayaraq, Hazim Qasim təşkilatın Trampın sülh potensialına güvəndiyini və ABŞ-ın İsraili sülhə məcbur edə biləcək yeganə ölkə olduğunu iddia edib.


Qeyd edək ki, HƏMASvə İsrail arasında atəşkəs oktyabrın 10-da əldə olunub və təşkilat 28 israilli girovdan 27-ni İsrailə təhvil verib.


İsrail də öz növbəsində qaytarılan hər bir girov müqabilində 15 fələtinlini Qəzzaya təhvil verib.