Braziliya A Seriyası təmsilçisi "Flamenqo" baş məşqçisi Filipe Luislə müqavilənin müddətini uzadıb.


Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.






40 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2027-ci ilə qədər artırılıb.


O, 2024-cü ildən "Flamenqo"nu çalışdırır.


Qeyd edək ki, komanda Filipe Luisin rəhbərliyi altında Libertadores Kubokunu, Braziliya Kubokunu və Superkubokunu qazanıb.