Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərində xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi işlərinə başlanılır.


Moderator.az xəbər verir ki, Dövlətyarlı kəndində su təchizatı layihəsinin dəyərinin 3 002 336,54 manat olacağı ehtimal edilir.








Pirəhmədli kəndində isə 2 629 156,82 manat dəyərində layihənin icrası nəzərdə tutulur.