Goranboy rayonunun Nizami kəndində bir ailənin üç üzvü qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Moderator.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Səbirə Həmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N. Əhmədova Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.






İlkin məlumata görə, onların balıqdan zəhərləndiyi ehtimal olunur. Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.


Hadisə ilə bağlı araşdırma aparılır.