Britaniyalı məşhur boksçu Entoni Coşua Nigeriyada avtomobil qəzası keçirib.


Moderator.az "Daily Express"ə istinadən xəbər verir ki, idmançı qəzadan kiçik xəsarətlərlə qurtulub.






Hadisə Laqos-İbadan yolunda, boksçunun da içində olduğu avtomobilin yolda dayanan yük maşınına çırpılması nəticəsində baş verib.


Yerli KİV-lərin məlumatına görə, E.Coşua avtomobilin arxa oturacağında olub. Qəza zamanı maşında olan 4 nəfərdən ikisinin öldüyü bildirilib.