2026-cı ildən etibarən Rusiya vətəndaşlarının həqiqi hərbi xidmətə çağırış ilboyu olacaq.


Moderator.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.






Bununla belə, xidmət yerinə göndərilmə ildə iki dəfə - 1 aprel-15 iyul və 1 oktyabr-31 dekabr tarixlərində həyata keçiriləcək.


Sənədə əsasən, ehtiyatda olmayan və hərbi xidmətə cəlb edilməli olan 18-30 yaş arası 261 min nəfərin çağırışı da planlaşdırılıb.