Diasporla İş üzrə Dövlət Komitəsi İsveçrənin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.
 




Bu barədə Moderator.az-a komitədən məlumat verilib.
 
Bildirilib ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür:
 
"Məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlanılır".
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O son illər İsveçin Malmö şəhərində yaşayıb.