Rasim Nəsrəddin oğlu Musabəyov "Şərəf" ordeni ilə təltif edilib.


Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.






Sərəncama əsasən, Rasim Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif olunub.