“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Belə ki, yayılan görüntülərə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici sərt reaksiya verib.
O, çıxışında müğənnini təhqir edib:
“Adıçəkilən şəxs hər cür əxlaqsızlığı yaşayıb. Bacılarımız, analarımız, əslində, onun əlini tutmamalıdır”.
G. Ergen isə sözügedən ittihamlara cavab olaraq BBP sədrini məhkəməyə verəcəyini bildirib:
“Destici, unutma ki, mən kin saxlamıram, vəkil tuturam... Üzr istəyəcəksən!”
Qeyd edək ki, müğənni iddiaları qəti şəkildə təkzib edərək, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini və şəxsiyyətinin təhqir olunduğunu vurğulayıb.