Arzu Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən bayram şənliyindən paylaşım edib
30 Dec 2025, 21:45 18 baxış 1 dəq oxuma
Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün bayram şənliyi təşkil olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak ediblər.