Səudiyyə Ərəbistanının Pro Liqasında 12-ci turun oyunlarına start verilib.


Moderator.az xəbər verir ki, turun açılış oyununda "Əl-İttifaq" və "Ən-Nəsr" komandaları qarşılaşıblar.






Görüş 2:2 hesabı ilə başa çatıb.


Matçda hesabı ev sahibləri açsalar da, üstünlüklərini qoruya bilməyiblər. Jorjinyo Veynaldumun dubluna cavab olaraq, Juan Feliks və Kriştianu Ronaldu fərqləniblər.


Ronaldu karyerasında 957-ci qolunu vurub. "Ən-Nəsr" isə ilk dəfə bu mövsüm çempionatda xal itirib.


Bu nəticə ilə "Ən-Nəsr" 31 xalla turnir cədvəlində liderliyini davam etdirir. "Əl-İttifaq" isə 16 xalla 8-ci pillədə qərarlaşıb.