Mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANDI
31 Dec 2025, 14:10 3 baxış 1 dəq oxuma
Bu gün saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Moderator.az-a TƏBİB-dən məlumat verilib.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxlu travması diaqnozları təyin olunub. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.