Qusar rayonunun Xuray kəndində yanğın olub.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.






Məlumata görə, ümumi sahəsi 12 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan yaxınlıqda dayanan "Changan" markalı minik avtomobilinin arxa hissəsi qarsalanıb.


Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.