Türkiyədə qar uçqununa düşən 3 çobandan 1-nin cəsədi tapılıb.


Moderator.az xəbər verir ki, digər 2 çobanla əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.






**


Türkiyənin Artvin vilayəti Aksu yaylağında səhər saatlarında qar uçqunu baş verib.


Moderator.az xəbər verir ki, yaylaqda olan 6 çobandan 3-ü uçqun altında qalıb.


Sərt qış şəraiti və qalın qar örtüyü səbəbindən yaylağa gediş-gəlişin çətin olduğu, bu səbəbdən də xilasetmə qruplarının bölgəyə çatdırılması istiqamətində işlərin davam etdiyi bildirilir.