Sumqayıtda "Embawood" şirkətinə məxsus anbarda baş verən yanğının qarşısı alınıb.


Moderator.az Oxu.az - a istinadla xəbər verir ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.






22:16


Sumqayıtda daha bir yanğın başlayıb.


Moderator.az xəbər verir ki, yanğın hadisəsi şəhərin İnşaatçılar qəsəbəsi, Azərbaycan prospektində "Embawood" şirkətinə məxsus anbarda başlayıb.


Hadisə yerinə FHN-in canlı texnika və qüvvələri cəlb edilib.


Qeyd edək ki, şəhərin Kimyaçılar qəsəbəsində də yanğın davam edir.