Zaqatalada Yeni ilin ilk günü yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.


Moderator.az xəbər verir ki, günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda 1986-cı il təvəllüdlü Vahab Ziyəddin oğlu Mahmudovun idarə etdiyi "Changan" və Nadir Nəriman oğlu Mustafayevin sükanı arxasında olduğu VAZ-2106 markalı minik maşınları toqquşub.






VAZ-2106 markalı avtomobilin sürücüsü və sərnişin xəsarət alıblar.


Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər.


Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.