Goranboyda bədbəxt hadisə baş verib.


Moderator.az-ın məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.








Belə ki, rayon sakini 1967-ci il təvəllüdlü N. Məmmədova yaşadığı binanın yanında beton dirəyə toxunaraq yıxılıb.


Nəticədə başından xəsarətlər alan qadın hadisə yerində ölüb.


Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.