Qəbələdə avtomobil yanıb.
 




Moderator.az xəbər verir ki, yanğın hadisəsi Qəbələ rayonunun Nic qəsəbəsində baş verib.
 
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və texnikaları cəlb olunub. Yanğın zamanı 1987-ci il təvəllüdlü Oğuz rayon sakini Elvin Əzizova məxsus "Ford" markalı avtomobilin yanar konstruksiyaları və salon hissəsi tamamilə yanıb.
 
Hadisə zamanı xəsarət alan olmayıb.