Sumqayıtda 68 yaşlı kişi dəm qazından boğularaq ölüb.


Moderator.az məlumat verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.






Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Bağırov Abbasəli Mansur oğlu yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.