Bu gün səhər saatlarında Bakı şəhərinin Babək prospektində zəncirvari yol qəzası baş verib.
 




Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün buzlu olması səbəbindən 4 avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib və digər avtomobillərin hərəkəti çətinləşib.
 
Zərbənin gücündən bir maşın körpünün ortasındakı bardür üzərinə çıxıb.


milli.az