Astarada mikroavtobus aşdı - Ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB + FOTO
03 Jan 2026, 19:03 3 baxış 2 dəq oxuma
Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olanların kimliyi məlum olub.
Moderator.az xəbər verir ki, qəza zamanı Astara rayon sakini, 1961-ci il təvəllüdlü Səyarə Həsənova hadisə yerində, 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva isə xəstəxanada həyatını itirib.
18:37
Astara rayonunda mikroavtobus qəzaya uğrayıb.
Moderator.az-ın məlumatına görə, hadisə Ələt–Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.
Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya çatdırılıb.