Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.






İlkin məlumata görə, iki "Opel", "Toyota Prius", "VAZ-2104", "Changan" və "BMW" markalı minik avtomobilləri toqquşub. Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.


Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.